#Adana şəhəri

Türkiyənin Adana vilayətində 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ Adana vilayətinin Saimbeyli rayonunda yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 22:05-də) baş verib. Yeraltı təkanların ocağı 6,99 kilometr drinlikdə yerləşib.

Sinop Baş Prokurorluğunun koordinasiyası ilə jandarma tərəfindən Sinop mərkəzli Mersin, Adana, Elazığ, Qaziantep və Hatay rayonlarında cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı hesablarda 643 milyon TL dəyərində pul dövriyyəsi aşkar edilib. Əməliyyat nəticəsində şəbəkənin başçısı da daxil olmaqla 20 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Adananın Seyhan rayonunda yerləşən 5 Ocak Dövlət Xəstəxanası 45 növ tibbi, laboratoriya və biomedikal ləvazimatların alışı üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınacaq.

AzerVoice xəbər verir ki, Adanada gecə saat 12:00 radələrində meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işləri aparılır.