Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik.Bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
#Özbəkistan
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.
29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin icrası çərçivəsində Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri ilə görüş keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkilatın Bakıdakı mərkəzi qərargahında “Türk İrsi Dünya Səhnəsində” mövzusunda Dəyirmi Masa keçirib. Tədbir 1925-ci ildə Parisdə keçirilmiş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənətləri Beynəlxalq Sərgisində türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışlarının 100 illiyinə həsr olunub.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək. Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.
25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq, 8 milyon 709 min 85 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 53 milyon 31 min 66 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 13 milyon 14 min 46 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistan elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 94 milyon 450 min 79 dollara bərabər olub. Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,9 faiz azalaraq, 3 milyon 65 min 57 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 79,6 faiz azalaraq, 19 milyon 649 min 17 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.
BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 5 milyon 954 min 61 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 40 milyon 960 min 96 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.