Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün Sədaları” mövzulu VII Beynəlxalq Festivalının açılış mərasimi keçirilib.
#Özbəkistan
Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq, 90 milyon 11 min 70 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 11 milyon 819 min 27 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.
Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq, 45 milyon 75 min 33 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz azalaraq, 4 milyon 149 min 17 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.
Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz artaraq, 58 milyon 924 min 6 dollara bərabər olub.Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq, 5 milyon 893 min 46 dollara çatdırıb.Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 faiz artaraq, 18 milyon 484 min 4 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,7 faiz artaraq, 1 milyon 961 min 78 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.
Yaxın perspektivdə biz Türkdilli Dövlətlərin Təşkilatı çərçivəsində ticarət, sahibkarlıq və qarşılıqlı investisiyalar üçün əlverişli şərait, hüquqi baza və infrastruktur təmin edəcək yeni iqtisadi imkanlar məkanının yaradılmasının tərəfdarıyıq. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir. Qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb. Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb. Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Məlumata əsasən, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək. Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir. "Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.
2025 -ci ilin avqustunda Özbəkistandan Türkiyəyə 77 min 858 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,58 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,12 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Özbəkistandan Türkiyəyə 444 min 681 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,46 faiz azdır.