#Hikmət Hacıyev

"Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələrlə. Yəni ona görə də bu günə qədər də COP-a ev sahibliyi edən ölkələr, demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüş keçirib.