Boykot kampaniyaları fonunda Türkiyədə istehlakçıların seçimlərində də dəyişiklik müşahidə olunur. İstehlakçılar beynəlxalq brendlərə alternativ olaraq yerli məhsullara üz tutur, bu isə xüsusilə qida və içki sektoruna təsir göstərir. Sənaye nümayəndələrinin sözlərinə görə, bəzi beynəlxalq içkilərə tələbat xeyli azalıb.
#Qəzzada ərzaq qarşılığında yoxlama
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava və quru hücumları nəticəsində azı 48 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.
13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb.