2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Kocaeli limanı 8 min 415 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 2 min 424, digər ölkələrin bayraqları altında üzən 6 min 1 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
#Tranzit mərkəzi
Suriya Gömrük və Sərhəd İdarəsinin rəsmisi Əhməd Alluş, Bəşər Əsəd rejiminin devrilməsindən sonra sərhəd-keçid məntəqələrində aparılan modernləşmə işləri, narkotiklərlə mübarizə, eləcə də ölkənin ixrac-idxal potensialı barədə “Anadolu” agentliyinə müsahibə verib. Alluş bildirib ki, Türkiyə “azadlıqdan bu yana” Suriyaya göstərdiyi davamlı dəstək üçün minnətdarlıqla xatırlanır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat və sərhəd idarəçiliyi sahələrində sıx əməkdaşlıq aparılır.