İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 300 mindən çox əhalisi olan Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, yeraltı təkanların ocağı isə 67 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.