#Tropik musson

Filippinlərdə təsirli olan musson yağışları və Ragasa ilə Mitag (Mirasol) tayfunları səbəbindən ölkə üzrə 100 mindən çox insan mənfi təsirlənib. Ölkənin müxtəlif bölgələrində 28 mindən artıq ailə fəlakətdən zərər çəkib və çox sayda insan təhlükəsiz ərazilərə təxliyə olunub. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasının (NDRRMC) açıqlamasına görə, 187 ailə təxliyə mərkəzlərinə yerləşdirilib, əlavə 173 ailə isə müvəqqəti olaraq başqa yerlərdə qalır. Olumsuz hava şəraiti nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.

Cammu və Kəşmir ilə Himaçal-Pradeş ştatlarında leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Səlahiyyətlilər magistral yolların çökdüyünü və 30 nəfərin öldüyünü bildirib. Rəsmilər yağışların davam edəcəyini vurğulayaraq, sakinləri riskli ərazilərdən uzaq durmağa çağırıb. X platformasında yayılan məlumatlar, xüsusilə Cammu və Kəşmirdəki Vaishno Devi ziyarətgahı yaxınlığında torpaq sürüşməsi nəticəsində 30 nəfərin həlak olduğunu təsdiqləyir.

Iyunun 26-dan bəri Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 746-ya çatıb. Milli Fəlakət İdarəsinin (NDMA) məlumatına görə, yalnız son 24 saatda, əsasən Gilgit-Baltistan bölgəsində 44 nəfər ölüb. Təxminən iki ay davam edən fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb. Şimal-qərb bölgəsindəki axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir. Rəsmi qurumlar güclü yağışların cənub bölgələrində də davam edəcəyini açıqlayıb. Bildirilib ki, yağıntılar avtomobil yollarını su altında saxlaya, nəqliyyatı poza, Sind əyalətinin Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurxas və Sukkur şəhərlərində elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.