#Qazaxıstan

"Xarici siyasətin davam edən normallaşması, o cümlədən Azərbaycandan yanacaq tədarükünün bu yaxınlarda başlaması bazar əhval-ruhiyyəsini dəstəkləyir. Biz Ermənistanın 2026-cı il üçün makroiqtisadi proqnozunu müsbət qiymətləndiririk. Geosiyasi mühitin yaxşılaşması və milli valyutanın sabitliyi 2026-cı ildə inflyasiya dinamikası üçün əlverişli şərait yaradır", - hesabatda qeyd edilir.

28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.

28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.

Portuqaliya millisinin heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş tanınmış futbolçu Nani karyerasını Qazaxıstanda davam etdirəcək. Nani bildirib ki, “Aktobe”yə qoşulmaqdan məmnundur və həm klubun, həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək niyyətindədir. Onun sözlərinə görə, klubun gələcəyə dair baxışı onda müsbət təəssürat yaradıb və həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlar qazanmaq üçün əzmlə çalışacaq.

Qazaxıstanda seçilmiş Prezidentin vəzifəyə başlaması zamanı andiçmə prosedurunun dəyişdirilməsi nəzərdə tutulur. Nazirin sözlərinə görə, seçkilərin keçirilmə müddətləri və qaydasında edilən dəyişikliklər Prezidentin and içməsi ilə bağlı müddəalara da uyğun düzəlişlərin edilməsini zəruri edir. Bu çərçivədə Konstitusiyanın müvafiq maddəsində Prezidentin andiçmə mərasiminin seçkilərin yekun nəticələrinin rəsmi dərc olunduğu gündən etibarən bir ay müddətində keçirilməsi təklif olunur. Beləliklə, konkret təqvim tarixindən imtina edilərək andiçmə günü birbaşa seçki nəticələrinin elan edildiyi tarixlə əlaqələndirilir.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iqlim dəyişikliyi sahəsində yeni beynəlxalq təşəbbüs irəli sürülüb. İclasda Türkmənistanın 2025-ci ildə SPECA-ya sədrliyi dövründə görülən işlərin yekunları nəzərdən keçirilib, proqramın fəaliyyətinin gələcək mərhələdə daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azalaraq, 102 milyon 202 min 12 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz azalaraq, 7 milyon 438 min 70 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 262 milyon 729 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq, 22 milyon 128 min 90 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 31 milyard 931 milyon 878 min dollara bərabər olub.

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir. Bunu Qazaxıstanın Nəqliyyat Naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub.

2025-ci ilin yanvar-dekabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 692 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 363 obyekt azdır. Məlumata görə, keçən ilin dekabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 92 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 7 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.

Qazaxıstanın iki palatadan ibarət mövcud parlament sistemi ləğv edilir və ölkə birpalatalı qanunverici orqan sisteminə keçir. Qızılorda şəhərində keçirilən Milli Qurultayın 5-ci iclasında çıxış edən Prezident Kasım-Jomart Tokayev yeni yaradılacaq parlamentin "Qurultay" adlandırılacağını rəsmi şəkildə elan edib. Dövlət başçısı bu adın xalq üçün dərin tarixi mənaya malik olduğunu və ölkənin siyasi sistemində mühüm dövlət rəmzi kimi qalmasının vacibliyini vurğulayıb.