#Bako Sahakyan

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin olunub, onların vəkilləri və tərcüməçiləri iştirak ediblər. David Babayan özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bir daha bəyan edib. Davit İşxanyanın müdafiəçisi tərəfindən təqdim olunan müraciətlərə baxılıb və dövlət ittihamçısı onların əvvəlki apellyasiya şikayətinin məzmununu təkrarladığını bildirib. Məhkəmə vəsatətlərin təmin olunmaması barədə qərar qəbul edib. Daha sonra Arkadi Qukasyanın müdafiəçiləri hökmün ləğv olunmasını və bəraət qərarı çıxarılmasını istəyiblər. Növbəti məhkəmə iclası iyulun 10-da keçiriləcək.

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. İclas zamanı Davit İşxanyanın məhkəmə protokoluna dair təqdim etdiyi yazılı qeydlər araşdırılıb və iş materiallarına əlavə olunub. Dövlət ittihamını müdafiə edən prokurorlar və zərərçəkmiş şəxslərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ifadə ediblər. Davit İşxanyan və David Babayan məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər. David Babayanın müdafiəçisi hökmün ləğv edilməsini və bəraət qərarının qəbul olunmasını istəyib. Levon Mnatsakanyan vəsatət vermək istədiyini bildirib. Növbəti məhkəmə iclası iyulun 7-də keçiriləcək.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 25-də davam etdirilib.