#Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə səfir Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçıları təbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvi saflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq və anlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda, hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin və bu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.