Çinin Tayvanla bağlı hərbi hazırlıqlarının miqyası genişlənir. Pekin mümkün işğal ssenarisi üçün mülki yük və bərə gəmilərini hərbi desant əməliyyatlarını dəstəkləyəcək şəkildə modernləşdirməyə başlayıb.
#Pekinin Tayvana siyasi təzyiqləri
ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.
Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin müşahidə olunduğunu açıqlayıb. Açıqlamaya görə, təyyarələrin 17-si Tayvan boğazında media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)”nin cənub-qərbində uçub. Tayvan ordusu həm təyyarələr, həm də gəmilər üçün müşahidə və cavab tədbirləri həyata keçirib. Çin Tayvanı ərazisinin bir hissəsi hesab edir, lakin ada 1949-cu ildən de-fakto müstəqil olaraq fəaliyyət göstərir və materik Çinlə suverenlik mübahisəsi davam edir.