Türkiyədə FETÖ terror təşkilatının gizli şəbəkəsinə qarşı keçirilən istintaq çərçivəsində 25 nəfər barəsində həbs qərarı verilib.
#FETÖ-nün gizli strukturu
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində İstanbul, Ankara, İzmir və daha 27 vilayətdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.
FETÖ Terror Təşkilatının Türkiyə Daxili İşlər Nazirliyindəki gizli strukturuna qarşı ölkənin 14 vilayətində həyata keçirilən əməliyyat nəticəsində saxlanılan 21 şübhəlidən 11-i məhkəmə qərarı ilə həbs olunub.
Ankara Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 2012 və 2013-cü illərdə keçirilən dövlət imtahanlarında FETÖ/PDY-nin sualları öncədən paylaşdığı aşkarlanıb.
İstanbul Respublika Prokurorluğunun Təhlükəsizlik Müdirliyi tərəfindən aparılan istintaq çərçivəsində FETÖ/PDY-nin gizli polis strukturuna qarşı eyni vaxtda 14 vilayətdə əməliyyat keçirilib.