Cəmiyyət

İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib. Tərəflər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin əhəmiyyəti vurğulanıb. Son illərdə qarşılıqlı səfərlərin və imzalanmış sənədlərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Həmçinin birgə fəaliyyət mexanizmlərinin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər hüquq və ədliyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.

Səhiyyə naziri Teymur Musayev BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüş keçirib. Tərəflər yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası və təcili tibbi yardım sisteminin inkişafını müzakirə ediblər. Görüşdə Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Teymur Musayev yol təhlükəsizliyinin ictimai sağlamlığın vacib istiqamətlərindən biri olduğunu vurğulayıb. Jan Todt isə Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Tərəflər maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Ürəkdən Qana" layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub.

Azərbaycan Hava Yolları marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamət üzrə biletlər artıq satışdadır. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək.

30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Fond tərəfindən nəşr edilmiş, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları zərbaycan, qazax və rus dillərində hazırlanmış “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.

Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik istifadəyə verilib. Təxminən 5 hektar ərazini əhatə edən istirahət məkanı tamamilə ödənişsizdir. Çimərlikdə sakinlərin rahatlığı üçün xilasetmə məntəqələri, kölgəliklər, duş və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və oyun meydançaları yaradılıb. Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi yollar və panduslar inşa edilib. Bu, IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Daha əvvəl Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində oxşar çimərliklər istifadəyə verilmişdi. IDEA sakinləri sahillərin təmizliyinə riayət etməyə və suda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

İyunun 30-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb. Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.

Sinqapur Konvensiyasının əsas məqsədi beynəlxalq kommersiya mübahisələri üzrə mediasiya nəticəsində əldə edilmiş barışıq sazişlərinin müxtəlif dövlətlərdə tanınmasını və icrasını asanlaşdırmaqdır. Bu sənəd 2019-cu ildə qəbul edilmiş və mediasiyanın beynəlxalq ticarətdə tətbiqini genişləndirməyə xidmət edən mühüm hüquqi mexanizmdir.

"TF International Securities" şirkətinin analitiki Min-Çi Kuonun yeni məlumatları "Apple" şirkətinin "iPhone 18" xətti ilə bağlı planlarını ortaya qoyub. Onun verdiyi məlumatlara görə, standart "iPhone 18" və 2027-ci ilin yazında çıxacağı gözlənilən büdcəli "iPhone 18e" modeli hərəyə 9 giqabayt operativ yaddaş alacaq. Bu, hazırkı baza modellərində olan 8 giqabayt ilə müqayisədə cüzi bir artımdır və daha əvvəl gözlənilən 12 giqabaytdan nəzərəçarpacaq dərəcədə azdır.