Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib

    23 İyun 2025 20:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin məskunlaşdırıldığını təsdiqləyib.

    AzerVoice xəbər ki, o, Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

    A.Harutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər”.

    O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 30-da davam etdiriləcək.

    #Arayik Harutyunyan #Bakı Hərbi Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

    24 İyul 2026 19:27

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    17 Fevral 2026 12:08

    Ruben Vardanyana hökm oxunur

    17 Fevral 2026 12:06

    Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib

    10 Fevral 2026 18:52

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək

    9 Fevral 2026 11:17

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    5 Fevral 2026 20:07

    Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfərə hökm oxundu

    5 Fevral 2026 16:20

    Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:40

    Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:38

    David Babayan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:30

    Davit İşxanyan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:28
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.