Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir ki, rotasiya şəklində bir daimi yer Qoşulmama Hərəkatının sədrinə verilməlidir və onun veto hüququ olmalıdır. Digər yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki orada müsəlman ölkələri də təmsil olunmur. O da rotasiya ilə olmalıdır. Daha bir yer isə Afrika İttifaqına ayrılmalıdırlar. Afrika İttifaqının həmin dönəmdəki sədri orada təmsil olunmalıdır. Bu, ədalətli yanaşma olardı Təhlükəsizlik Şurasında”
Rəsmi Xronika
Biz Xəzərin hər iki sahilində yerləşən iki ölkə olaraq biz çox fəal əməkdaşlıq edirik.
Mərkəzi Asiya Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir. Bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var.
Yaponiyaya xam neftin çatdırılması heç zaman görünmədiyi qədər vacibdir, çünki təchizat marşrutları pozulub. Azərbaycanın bu baxımdan rolu daha da artır.
Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir. Azərbaycan bunun qarşısını aldı.
Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində bizim dostluq, qardaşlıq münasibətləri dayanır və hörmətli Prezident Şavkat Mirziyoyevlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıbdır. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur.
Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq.
Bayden senator olanda o, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu. Onun regionla bağlı baxışı bu idi - region parçalanmalı idi, münaqişələr içərisində olmalı idi, qarşıdurma olmalı idi. Əlbəttə ki, belə olan şəraitdə məqsədlərə nail olmaq daha asan olur.
Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb.
Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır.