Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Gündəm
    Gündəm

    Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

    29 Oktyabr 2024 16:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Hərbi Prokurorluqda rəhbər vəzifəli şəxslərin iştirakı ilə 2024-cü ilin birinci yarımilində Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

    Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən AzerVoice-ə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

    Əməliyyat müşavirəsində çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin hərtərəfli bilik və bacarığı, qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının bütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 21 ildə əldə edilən misli görünməmiş uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın zəngin fəaliyyəti də töhfələr verməkdədir .

    Bundan sonra məruzəçilər - İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov əməliyyat müşavirəsinin həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmin cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini şərtləndirib.

    Sonra Hərbi prokuror Xanlar Vəliyev əməliyyat müşavirəsinin həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib.

    Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

    Əməliyyat müşavirəsinə yekun vuran Hərbi prokuror Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.

    #Hərbi Prokurorluq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ford və Filsondan yeni ofrouder

    4 İyun 2026 09:49

    Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    24 Aprel 2026 16:37

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanıldı

    16 Oktyabr 2025 18:28

    Cəbrayılda hərbçi minaya düşərək həlak olub

    7 Aprel 2025 11:37

    Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

    21 Yanvar 2025 15:16

    Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

    9 Dekabr 2024 23:21

    Hərbi prokuror Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb

    18 Noyabr 2024 16:24

    Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Şəkidə birgə tədbir keçirdi

    5 Avqust 2024 12:53

    Ağcabədidə Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

    13 May 2024 15:18

    Hərbi Prokurorluqdan sərhəddəki erməni təxribatı ilə bağlı açıqlama

    12 Fevral 2024 17:57

    Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı İMZALANDI

    6 Yanvar 2024 10:57

    Hərbi Prokurorluqdan Laçındakı qəza barədə açıqlama

    4 Yanvar 2024 18:16
    XƏBƏR LENTİ

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    ABŞ vizası rədd edilən İran azarkeşləri Dünya Kubokundan kənarda qalır

    İsrail ordusu Qəzzadakı “Təhlükəli döyüşçünü” ələ keçirdiyini bildirdi

    Lavrov: Hər hansı razılaşma Tehranın maraqlarını nəzərə almalıdır

    Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib

    Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb

    “İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

    İran uranın üçüncü ölkəyə daşınacağı iddialarını rədd etdi

    Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini bərpa edə bilər

    Kanada müsəlmanları Kanada hökümətini İslamafobiyaya qarşı mübarizə aparmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.