"Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
#Cəbrayıl
Prezident İlham Əliyev bildirib ki, Cəbrayıl gələcəkdə həm kənd təsərrüfatı, həm də beynəlxalq nəqliyyat baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq. Dövlət başçısı regionda həyata keçirilən yenidənqurma, enerji və sənaye layihələrinin məşğulluğun artırılmasına və Qarabağın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə yaşayış və təhsil məsələləri həll olunduqca məşğulluq imkanları da genişlənir. Dövlət başçısı Cəbrayılda fəaliyyət göstərən “Araz Vadisi” Sənaye Zonasının regionda yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Cəbrayılda ümumi gücü 340 meqavat olan üç böyük Günəş elektrik stansiyası inşa edilir. Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən enerji layihələri regionun iqtisadi inkişafına və məşğulluğun artmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayılda inşa olunan 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasında görülən işlərlə tanış olublar. Müasir tibbi infrastrukturun yaradıldığı xəstəxanada müxtəlif ixtisaslaşmış şöbələrin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. Dövlət başçısı kənddə yaradılan müasir yaşayış şəraiti, bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramının uğurla davam etdirildiyini vurğulayıb.
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib. Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində proqramlar daim genişləndirilir və bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.