#3 milyon suriyalı geri qayıtdı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərhəm Saleh 2024-cü ilin dekabrından bəri 3 milyondan çox suriyalının öz bölgələrinə qayıtdığını açıqlayıb. Saleh Suriyaya bir həftəlik səfərinin yekununda bildirib ki, geri dönüşlər ölkənin yenidən qurulması istiqamətində suriyalıların iradəsini göstərir. O, beynəlxalq ictimaiyyəti Suriyanın bərpası, infrastrukturun yenilənməsi və əsas xidmətlərin təminatına dəstəyi artırmağa çağırıb.