#Bəni Nəim

İşğal altındakı İordan çayının qərb sahilində gün ərzində bir neçə insident qeydə alınıb. Vəfa agentliyinin məlumatına görə, Bəni Nəim qəsəbəsində 16 yaşlı fələstinli yeniyetmə sinəsindən yaralanıb. Onun xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin sabit olduğu bildirilir. Beyt Ummarda keçirilən hərbi əməliyyat zamanı onlarla fələstinlinin saxlanıldığı qeyd olunur. Əbu Nəceym ərazisində bir fələstinli israilli məskunlaşanların hücumuna məruz qalıb. Ramin qəsəbəsində isə bir avtomobil və traktor yandırılıb. İsrail tərəfi hadisələrlə bağlı hələlik mövqe bildirməyib. Bölgədə gərginlik davam edir.