#enerji sektoru qəza xəbəri

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə məxsus helikopter ölkənin Ras Tanura bölgəsində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 14 nəfərin hamısı həlak olub. Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən verilən məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 06:00-da baş verib. "Saudi Aramco" şirkətinə məxsus helikopter Ras Tanura bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.