#təhlükəsizlik bölgəsi

İsrail ordusu Livanın cənubunda həyata keçirdiyi zərbə nəticəsində 7 Hizbullah üzvünün öldürüldüyünü iddia edib. Ordunun açıqlamasına görə, həmin şəxslər İsrail hərbçilərinin yaxınlığında silah daşıyıblar. Zərbənin Əl-Mənzələ bölgəsində, İsrailin “təhlükəsizlik bölgəsi” adlandırdığı əraziyə yaxın yerdə endirildiyi bildirilib. İsrail tərəfi həmin məntəqənin döyüş və müşahidə məqsədilə istifadə olunduğunu iddia edir. “Təhlükəsizlik bölgəsi” Livanın cənubunda, İsrail sərhədindən şimalda yerləşən və İsrail qüvvələrinin nəzarətində saxladığı ərazi kimi tanınır. Hadisə İsrail ilə Hizbullah arasında atəşkəsə baxmayaraq bölgədə gərginliyin davam etdiyini göstərir. Son günlər Livanın cənubunda İsrail ordusunun hərbi əməliyyatları və xəbərdarlıqları yenidən artıb. Bu insident bölgədə təhlükəsizlik vəziyyətinin daha da ağırlaşa biləcəyi ilə bağlı narahatlıqları gücləndirir.