#Birbaşa Xarici İnvestisiya

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 15,717 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 7,7 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Səudiyyə Ərəbistanına yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.