#Beşiktaş

Trendyol Süper Liqanın 11-ci turunda Fənərbaxça sabah Bakı vaxtı ilə saat 21:00-da Tüpraş Arenada Beşiktaşla qarşılaşacaq. Beşiktaşın baş məşqçisi Sergen Yalçın 4 il 7 ay sonra Fənərbaxçaya qarşı derbiyə çıxacaq. Təcrübəli çalışdırıcı daha əvvəl Fənərbaxçaya qarşı 3 matçda 2 qələbə, 1 heç-heçə əldə edib və məğlub olmayıb

Trendyol Super Liqanın 11-ci turunda 2 noyabr bazar günü Beşiktaş və Fənərbaxça komandaları üz-üzə gələcək. Beşiktaş baş məşqçisi Sergen Yalçın 9-cu, Fənərbaxça çalışdırıcısı Domenico Tedesco isə Türkiyə Super Liqasındakı ilk derbi təcrübəsini yaşayacaq. Ağ-qara komandayı idarə edən Sergen Yalçın, əvvəlki 8 derbini 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Fənərbaxça ilə görüşlərdə isə Yalçın məğlubiyyət görməyib: 3 qarşılaşmadan 2 qələbə və 1 heç-heçə ilə ayrılıb. Bu oyunlarda Beşiktaş 7 qol vurub, 4 qol buraxıb.

Kamerunlu futbolçu Vinsent Abubakar Neftçiyə transfer olub. Təcrübəli hücumçunun Neftçi klubu ilə 1+1 illik müqavilə imzalayacağı bildirilib. Məlumata görə, Abubakar bu gün səhiyyə yoxlanışından keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Bakıya gələcək.

Trendyol Super Liqasının 8-ci həftəsində Beşiktaşı qəbul edəcək Qalatasaray, RAMS Park-da rəqibinə qarşı tarixi üstünlüyə malikdir. 2011-ci ildən bəri Seyrantepədə Beşiktaşla 15 dəfə qarşılaşan sarı-qırmızılılar bu görüşlərin 11-də qalib gəlib, 2 dəfə məğlub olub, 2 oyun isə heç-heçə başa çatıb. Beşiktaş bu stadiondakı son 8 səfər oyununda qələbə qazana bilməyib.

Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb. Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib. Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

Beşiktaş klubu, təcrübəli baş məşqçi ilə 2 illik müqavilə bağlandığını açıqlayıb. Trendyol Super Liqanın komandalarından Beşiktaş, Ole Gunnar Solskjaer-in boşalttığı baş məşqçi yerinə Sergen Yalçını təyin edib. Qara-ağlı komanda, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində səfərdə 1-1 bərabərə qaldığı Lausanne-ı evində 1-0 məğlub edərkən, matçdan sonra norveçli texniki direktor Ole Gunnar Solskjaer ilə yollarını ayırmışdı.

Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb. Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.