Prezident İlham Əliyev bildirib ki, Cəbrayıl gələcəkdə həm kənd təsərrüfatı, həm də beynəlxalq nəqliyyat baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq. Dövlət başçısı regionda həyata keçirilən yenidənqurma, enerji və sənaye layihələrinin məşğulluğun artırılmasına və Qarabağın inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
#ArazVadisiSənayeZonası
Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə yaşayış və təhsil məsələləri həll olunduqca məşğulluq imkanları da genişlənir. Dövlət başçısı Cəbrayılda fəaliyyət göstərən “Araz Vadisi” Sənaye Zonasının regionda yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. Dövlət başçısı kənddə yaradılan müasir yaşayış şəraiti, bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramının uğurla davam etdirildiyini vurğulayıb.