2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azalaraq, 11 milyon 953 min 860 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Özbəkistana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azaldaraq, 4 milyon 205 min 890 dollara çatdırıb.