İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı-nın birgə təşkilatçılığı ilə həyata keçirilən “Startup School Quba” layihəsinə start verilir. Layihənin açılışı 24 aprel 2026-cı il tarixində ADPU-nun Quba filialında təşkil olunacaq təlim və mentorluq proqramı ilə baş tutacaq.