#İsraildə İran adına casusluq ittihamı ilə saxlanılan hərbçilər

İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.