#Ramazan ayında qılınan nafilə namazların hökmü

Lüğətdə "rahatlatmaq, dincəltmək" mənasını verən terviha kəlməsinin cəmi olan təravih, Ramazan ayına məxsus olmaqla işa (yatsı) namazından sonra qılınan namazı ifadə edir. Hədislərdə "qiyamü şəhri ramazan" (Ramazan ayının namazı) və ya "ihyau ləyali ramazan" (Ramazan gecələrinin ihyası) adlandırılan bu namaza, hər dörd rükətdən bir dincəlmək məqsədilə bir qədər oturulduğu üçün (terviha) təravih deyilmişdir. Zamanla hər bir fasiləni oturub dincəlmək əvəzinə zikr və salavat kimi nafilə ibadətlərlə dəyərləndirmək və ya fasilə vermədən namaza davam etmək kimi tətbiqlər ortaya çıxmışdır.