Toyota 2021-ci ildə "200 Series Land Cruiser" modelini əvəzlədikdə, bütün dünya yeni "300 Series" modelini əldə etdi. ABŞ bazarı isə daha kiçik ölçülü "Land Cruiser Pradonun (bir neçə illik gecikmədən sonra) rebrendinq edilmiş versiyası ilə kifayətlənməli oldu. Amerikalı ofroud həvəskarları bu faktla barışmağa başladığı bir vaxtda, Toyota qlobal bazar üçün nəzərdə tutulan "300 Series" modelinin daha güclü versiyasını təqdim edərək sanki yaraya duz səpmiş oldu.
#Toyota Georgetown zavodu
Subaru-nun üç sıralı elektrikli SUV modeli yoldadır və debütü qaçılmazdır. Yapon avtomobil istehsalçısı qarşıdan gələn bu SUV haqqında indiyə qədər səssiz qalıb və heç bir tizer paylaşmayıb. Lakin "Subaru of America"nın əməliyyat direktoru Ceff Volters "Automotive News"a bildirib ki, yapon şirkəti bu il salonlarda hələ təqdim olunmamış üç sıralı elektrikli avtomobilə sahib olacaq.