#Nadir Adilov

Nadir Adilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə böyük diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsində hər il yüzlərlə gənc əmək bazarında layiqli yer tutur və karyera inkişafı üçün dövlət tərəfindən geniş imkanlar yaradılır. Çıxışında o, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta da toxunaraq, bu sənədin 16 dekabr 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edildiyini və 3 yanvar 1976-cı ildə qüvvəyə mindiyini xatırladıb. 2016-cı ilin oktyabr ayına olan məlumata görə, 173 dövlət Pakta qoşulub. Bəzi ölkələr isə əmək hüquqları ilə bağlı müddəaları qəbul etməyib. Azərbaycan bu Pakta 13 avqust 1992-ci ildə qoşulub və həmin tarixdən etibarən onun tərəfdaşıdır.