Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.