BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi bazar günü bildirib ki, Şərqi Qüdsdəki qismən sökülmüş qərargahı yandırılıb. UNRWA agentliyi ərazidə baş verən hadisənin səbəbi barədə təfərrüat verməyib. Qeyd edək ki, İsrail hakimiyyəti təşkilatın 2025-ci ildə ölkədəki fəaliyyətini qadağan etdikdən sonra, keçən həftə bu ərazini müsadirə edərək söküntü işlərinə başlamışdı.
#BMT UNRWA açıqlaması
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin fələstinli qaçqınlara yardım göstərən BMT agentliyinə qarşı son addımlarının milyonlarla insanın təhsil və səhiyyə kimi əsas xidmətlərdən məhrum qalması riski yaratdığı barədə xəbərdarlıq edib. İsrail parlamenti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) diplomatik toxunulmazlığını ləğv edən və İsrail şirkətlərinə agentliyin obyektlərinə su və elektrik enerjisi verilməsini qadağan edən qanunvericiliyi qəbul edib.