Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir.
#Startap şəhadətnaməsi
“Startap” şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.