#mikroblardan qorxu

Mikroblar həyatın ayrılmaz hissəsidir. İnsan bədənində trilyonlarla bakteriya yaşayır və bu mikroorqanizmlərin böyük hissəsi sağlamlığı qorumaqda mühüm rol oynayır. Lakin bəzi insanlar üçün bakteriyalar sadəcə görünməyən canlılar deyil, dərin qorxu və stress mənbəyidir. Bacteriophobia (Bakterofibiya,) yəni mikroblardan və bakteriyalardan həddindən artıq, məntiqsiz qorxu, son illər psixologiya və tibbdə daha çox diqqət çəkən fobiyalardan birinə çevrilib.