#Türkiyə-Azərbaycan strateji əməkdaşlığı

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.

Azərbaycan və Türkiyə arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan uzunmüddətli saziş imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib. Nazir bildirib ki, razılaşma iki gün əvvəl əldə olunub və Xəzər dənizində yerləşən Abşeron qaz yatağını əhatə edir. Onun sözlərinə görə, saziş çərçivəsində Abşeron yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il müddətində Türkiyəyə qaz tədarükü həyata keçiriləcək

Türkiyə Prezidentinin Müavini Cevdet Yılmaz, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb. Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.

Türkiyə və Azərbaycan əlaqələri sadəcə dostluq münasibətləri olmayıb strateji, geosiyasi müttəfiqliyi də əhatə edən təbii müttəfiqlik əlaqələridir. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” bəyanatı bu münasibətlərin mahiyyətini açıq şəkildə ifadə edir. Ramin Vəkilov qeyd edib ki, indiyə qədər yaşanan proseslər iki ölkə arasındakı əməkdaşlığın real nəticələrlə təsdiq olunduğunu göstərir.