#Şərqi Aralıq dənizində geosiyasi rəqabət

Türkiyənin Şərqi Aralıq dənizində artan nüfuzu və müdafiə sənayesində əldə etdiyi irəliləyişlər İsrail və Yunanıstanın bölgədə yeni təhlükəsizlik əməkdaşlığına yönəlməsinə səbəb olub. Hər iki ölkə, regiondakı strateji balansı dəyişdirmək məqsədilə, müdafiə modernizasiyasını sürətləndirir və ikitərəfli hərbi layihələri genişləndirir.