#Sosial harmoniya və dialoq

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru hüquqşünas mediator Hümmət Əliyev hüquq sahəsində bir çox suallara cavab verib. Sizcə, mediasiyanın Azərbaycanda gələcək perspektivi necə görünür? Məncə, mediasiyanın Azərbaycanda gələcəyi çox ümidvericidir. Son illərdə həm dövlət səviyyəsində, həm də ictimai müstəvidə bu institutun inkişafına ciddi diqqət ayrılır. İnsanlar tədricən anlayırlar ki, mübahisəni illərlə məhkəmədə çəkməkdənsə, daha səmərəli və barışıq yönümlü yollar mövcuddur. Mediasiya qarşılıqlı anlaşmanı, münasibətlərin qorunmasını və vaxtla yanaşı resurslara qənaəti təmin edir. Bu sahədə normativ baza güclənir, mediatorların peşəkarlığı artır – bu da perspektivin əsas göstəricisidir.