Özbəkistan Turizm Həftəsi çərçivəsində 27-29 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirilir. Daşkənd şəhərində keçirilən “TİTF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
#Dövlət Turizm Agentliyi
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib. “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Hava Yolları (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib
Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksək səviyyəli tədbirlərdə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti ölkəmizi təmsil edib. Tədbir çərçivəsində təşkil edilən görüş və panel müzakirələrində Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib.
Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
Dövlət Turizm Agentliyininin təşkilatçılığı ilə regionlarda turizm sahəsində ixtisaslaşmanı və xidmət keyfiyyətini artırmaq, yerli icmalarda məşğulluq imkanlarını genişləndirmək və turizm fəaliyyətinin dayanıqlılığını təmin etmək məqsədilə təlimlər təşkil olunub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
7-11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.
8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.
Görüşlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək şuraların yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuraların sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat verib. O, qeyd edib ki, bu təşəbbüs dövlət strukturları ilə özəl sektor arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və turizm sahəsində effektiv əməkdaşlığın formalaşmasına xidmət edəcək.
Bildirilib ki, tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar keçirilib.
Oktyabrın 22-23-də Qazaxıstan Respublikasının Almatı şəhərində Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib. Tədbirdə qadınların liderliyi, sahibkarlıq fəaliyyəti, rəqəmsal bacarıqlar, turizm sektorunda çətin stereotiplər, qadınların iqtisadi və sosial səlahiyyətləndirilməsinə maneələrin aradan qaldırılması yolları müzakirə olunub.
Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən Yaxşı Turizm Kəndləri 2025” mərasimi və Üçüncü İllik Şəbəkə Görüşü keçirilib. Tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.