“Kinqdom Holdinq” “Əl-Hilal” futbol klubunun səhmlərinin 70 faizinin alınmasını rəsmən tamamlayıb. Şirkət həmin payı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondundan əldə edib. Sövdələşmənin ümumi dəyəri 840 milyon Səudiyyə riyalı təşkil edib. “Əl-Hilal”ın ümumi kapital dəyəri isə 1,2 milyard riyal həcmində qiymətləndirilib. Tərəflər arasında ilkin alqı-satqı müqaviləsi 2026-cı il aprelin 16-da imzalanıb. Sentyabrın 1-dək sövdələşmənin tamamlanması üçün tələb olunan bütün icazələr və digər şərtlər təmin edilib. Şirkət Dövlət İnvestisiya Fonduna nəzərdə tutulan məbləğin tam ödənildiyini açıqlayıb. Sövdələşmə zamanı əlavə xərc yaranmadığı və yekun məbləğin 840 milyon riyal olaraq qaldığı bildirilib.
#Əl-Hilal
Səudiyyə Peşəkar Liqasında ikinci mövsümünə çıxan Simone İnzaqinin rəhbərlik etdiyi "Əl-Hilal" altı gün ərzində üçüncü qələbəsini qazansa da, nümayiş etdirdiyi oyun tərzi azarkeşləri tam qane etmir.
Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
“Mançester Yunayted” yarımmüdafiəçi Ruben Neveşin transferi üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəsmi təklif göndərib. Bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Barselonanın braziliyalı hücumçusu Rafinya, 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli transfer təklifini qəbul etməyə çox yaxın olduğunu, lakin komandanın yeni baş məşqçisi Hansi Flikin zəngi sayəsində Barselonada qalmağa qərar verdiyini açıqlayıb.