#Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.