#Palestine-2 tipli çoxbaşlıqlı hipersəs ballistik raket

Yəmən Silahlı Qüvvələri İsrailə qarşı yeni hücum əməliyyatı həyata keçirdiklərini, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfin “Palestine-2” tipli çoxbaşlıqlı hipersəs ballistik raketlə vurulduğunu açıqlayıb. Yəmən qüvvələri Qırmızı dəniz və Ərəb dənizində fəaliyyət göstərən bütün mülki və hərbi şirkətləri, həmçinin həmin marşrutlardan keçən gəmiləri şəxsiyyətlərini açıqlamağa çağırıb. Əks halda onların hədəfə alınacağı və məsuliyyəti daşıyacaqları bildirilib.