#Trend İnformasiya Agentliyi

Azərbaycanın media məkanında özünəməxsus yeri olan və informasiya sahəsində dayanıqlı fəaliyyəti ilə seçilən “Trend” Beynəlxalq İnformasiya Agentliyi bu il 30 illik yubileyini qeyd edir. 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayan bu agentlik zamanın çağırışlarına uyğun şəkildə inkişaf edərək, ölkənin və regionun aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Bu il Trend İnformasiya Agentliyi yubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm də auditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızla birlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerli jurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinə qədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimi tanınmasına qədər uzun bir yol qət edib.