Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
#Azərbaycan enerji siyasəti
Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə olduqca önəmli və həssas məsələlərə toxunub. Bunlar arasında Azərbaycanın Yaxın Şərq siyasəti, bu regiona yönəlmiş gələcək planları və strateji hədəfləri xüsusi yer tutur. Bu gün Azərbaycan Yaxın Şərq siyasətində sözün əsl mənasında səmərəli nəticələr əldə etməkdədir.
Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi və diplomatik aktivliyi ilə bağlı AzerVoice üçün danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, ölkənin xarici siyasəti tamamilə pragmatizm prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə strateji tərəfdaşlığı var.