#Qəzza humanitar böhranı ilə bağlı beynəlxalq diplomatik təşəbbüslər

Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan, lakin İsrail ordusu tərəfindən beynəlxalq sularda zorla saxlanılan Əzm Donanmasının 42 könüllüsü İsrail həbsxanalarında toplu aclıq aksiyasına başlayıb. Donanmanın ABŞ mərkəzli X platformasındakı rəsmi hesabında yayılan açıqlamada bildirilib ki, 42 könüllü İsrailin müxtəlif həbsxanalarında eyni vaxtda aclıq aksiyasına başlayıb.

Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.