27 sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”da təşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
#Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
ABŞ-a səfərləri çərçivəsində Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) prezidenti Burhan Özdemir və nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Nyu-Yorkda görüşüblər. Görüş zamanı Azərbaycan və Türk Dövlətlər Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. 1990-cı ildə təsis edilən və 85 ölkədə 60 min şirkəti birləşdirən MÜSİAD, güclü iqtisadi əlaqələrin və yeni sərmayə imkanlarının inkişafına xidmət edən qlobal platforma olaraq fəaliyyət göstərir.
15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.