Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib. Mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.
#Mehriban Əliyeva
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı keçirilib.
Qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil edilən şənlikdə Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda faciə nəticəsində həyatını itirənlərin xatirəsi ehtiramla yad olunub və onların ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib. Birinci vitse-prezident bu cür hadisələrin unudulmamasının vacibliyini vurğulayaraq, aviasiya təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasının önəmini qeyd edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimi keçirilib.
Romada nüfuzlu “Laurentum Awards”ın XXXIX təqdimetmə mərasimi keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Ləyaqət, saf niyyət və xeyirxah ürək— Uca Tanrının sözsüz eşitdiyi ali dualardır. Uca Allah Sizi və xalqımızı qorusun!"
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti mərhələdə Xocavənd rayonunun Sos kəndinə 21 ailə, ümumilikdə 94 nəfər köçürülür. Doğma yurda qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar. Sakinlər göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Mehriban Əliyeva 12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.
DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatıb. 4 milyonuncu vətəndaşa - Bakının Xəzər rayon sakini Firuz Novruzova 2 saylı Bakı DOST Mərkəzində müraciətinə uyğun xidmət göstərilib.
Ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi ilə tanış olublar.