#kimyəvi silah ehtiyatları

Yəmən hökuməti bu gün İranı husilərin nəzarətində olan bölgələrə dəfələrlə zəhərli qazlar və kimyəvi silah istehsalında istifadə olunan maddələri qaçaqmalçılıq yolu ilə göndərməkdə ittiham edib. Hökumətin açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri Yəməndə beynəlxalq miqyasda qadağan olunmuş bu silahların istehsalına yönəlmiş zavodun yaradılmasına birbaşa nəzarət edirlər. Yəmən informasiya naziri Muammar əl-İryani bildirib ki, etibarlı mənbələr husilərin artıq həmin ölümcül maddələri hazırlamağa və onları ballistik raketlərə, həmçinin pilotsuz uçuş aparatlarına yerləşdirməyə başladığını təsdiqləyib. Nazir vurğulayıb ki, beynəlxalq hüquqla qadağan olunmuş silahların husilərin arsenalına daxil edilməsi yalnız ballistik raketlər və dronlarla məhdudlaşmır, bu, həm bölgə, həm də dünya üçün mülki insanların həyatını təhdid edən “fəlakətli ssenarilər” yaradır.