Biznes

Özbəkistanın rəqəmsal iqtisadiyyatında inqilab edən Uzum, qısa müddət ərzində Orta Asiyanın ən böyük və ən sürətlə inkişaf edən texnoloji ekosisteminə çevrilmişdir. 2024-cü ildə 1,16 milyard dollar dəyərləndirmə ilə Özbəkistanın ilk "unicorn" (dəyəri 1 milyard dolları keçən startap) şirkəti statusunu qazanaraq regionun iqtisadi mənzərəsini dəyişdirmişdir.

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharını keçirib. Tədbirdə ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər. AmCham Azərbaycan ölkədə kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi üzrə müzakirələr aparılıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. "ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunda köməkçi katibin baş məsləhətçisi Rebecca Neff və ABŞ Ticarət və İnkişaf Agentliyində Avropa və Avrasiya üzrə ölkə meneceri Sarah Leminqnin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün əlverişli mühitin formalaşdığını vurğuladıq.

2026 -cı ilin fevral ayında Qırğızıstandan Türkiyəyə 12 min 59 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 10 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,59 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Qırğızıstandan Türkiyəyə 28 min 715 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,45 faiz çoxdur.

2026 -cı ilin fevral ayında Özbəkistandan Türkiyəyə 43 min 746 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 7,1 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyəyə 89 min 645 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,65 faiz çoxdur.

2026 -cı ilin fevral ayında Qazaxıstandan Türkiyəyə 30 min 549 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 6,14 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,44 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Qazaxıstandan Türkiyəyə 60 min 20 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,56 faiz çoxdur.

2026-cı ilin mart ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 2 milyard 961 milyon 823 min dollara bərabər olub. 2026-cı ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard 623 milyon 294 min dollara bərabər olub.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3faiz artaraq, 7 milyon 940 min 39 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 3 milyon 536 min 63 dollara çatdırıb. Qeyd edək ki,2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub.

2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub. 2026-cı ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq,1 milyard 29 milyon 94 min dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub. “Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.