Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək Art Weekend zamanı başlıca element seçilən su müxtəlif təqdimatların əsas mövzusu olacaq.
#IDEA
Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.
Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.
Azərkosmosun təşkilatçılığı ilə artıq dördüncü ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçiriləcək.
London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.
İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.